Interposta.Info

Azərbaycan hərbçiləri Xocalıda ermənilərə xəbərdarlıq etdi 

Ölkə / Manşet
 26-02-2022, 14:29     327

Azərbaycan hərbçiləri bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu, Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib.

"İnterPosta" xəbər verir ki, bu barədə Caliber.az-a hərbi mənbələrdən məlumat daxil olub.

Həmin xəbərdarlıqda deyilir: "Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın!

Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Əks halda sizə qarşı güc tətbiq olunacaq. Baş verənlərə görə məsuliyyət daşıyırsınız.

Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26