Interposta.Info

200 nəfəri xilas edərkən ŞƏHİD oldu - 30 il keçsədə dünya ölkələri XOCALI həqiqətinə göz yumur - VİDEO

Ölkə / Manşet / Paradoks
 26-02-2022, 08:47     1 056

Xocalı adı ilə adını tarixə yazan qəhraman ata

1992-ci ildə Müharibə dönəmində Xocalı özünümüdafiə batalyonunun kamandiri olmuş Həsənov Rövşən Qaçay oğlu 1958-ci il noyabrın 6-sı Xocalı şəhərində anadan olmuşdur.
5 bacının 1 qardaşı orta təhsilin Xocalı şəhərində aldıqdan sonra Azərbaycan Neft Kimya Universitetinin Energetika fakultəsində ali təhsil almışdır.
1984-cü ildə Məmmədova Almas Famil qızı ilə ailə qurmuşdur, 2 qız 1 oğul övladı var.
Xocalı şəhərinin Mənzil Komunal İstismar idarəsinin sədri vəzifəsində işləyibdir. İşlədiyi dövürdə Xocalı şəhərində 20 yanvar şəhidlərin abidəsinin qoyulmasında müstəsna rolu olmuşdur.
Xocalının müdafiəsi üçün silahlanmasında əməyi olan sərrast plamyotçu Həsənov Rövşən 26 fevral 1992-ci ildə son nəfəsinə qədər vuruşaraq Xocalını tərk etməmişdir. 200 nəfər qadın və uşaqları xilas etmək məqsədi ilə Xocalıdan çıxararkən əsir götürülmüş və faciəv şəkildə şəhid olduğu bilinir. – Bu günə qədər məzarı tapılmamışdır.
1997-ci il Heydər Əliyev Həsənov Rövşən Qaçay oğlu qəhrəmanlığına görə Azərbaycan Bayrağı ordeni ilə təltif etmişdir. Bakı şəhər Qaradağ rayon Qobu park 1-də Polad Həşimovla birgə xatirələrinə bulaq inşa edilmişdir.



Sonda "İnterPosta" olaraq onuda xatırladırıq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırım törədilmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Məlumat üçün onuda qeyd edirik ki, Həsənov Rövşən Qaçay oğlu 150 talehi məlum olmayan Xocalılardan biridir.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26