Interposta.Info

AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişdi

Ölkə
 24-02-2022, 12:07     277

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

Bu barədə "İnterPosta"ya AZAL-dan bildirilib.

Sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Həmin müddət təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26