Interposta.Info

Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradıldı

Ölkə / Manşet
 28-01-2022, 15:19     267

Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə yanvarın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclasında bildirilib.

"Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib", - məlumatda vurğulanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26