Interposta.Info

Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı (FOTOLAR)

 

Ölkə
 11-12-2021, 10:12     224

Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, "Range Rover” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra yol nişanına çırpılıb.

Daha sonra maşın yol kənarında dayanan iki "Mercedes” və "Mitsubishi” markalı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26