Interposta.Info

Bakıda kriminal aləm üzvü həyətində qətlə yetirildi

Ölkə
 11-12-2021, 00:26     317

Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyev həyətində güllələnərək qətlə yetirilib.

, "Kriminalqafqaz"ın əldə etdiyi özəl məlumata görə, hadisə bu gün saat 22 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində Hövsan südçülük sovxozunda qeydə alınıb.

Naməlum şəxslər 43 yaşlı Allahverdi Mirzəyevin evinə gələrək onu çənəsindən atəş açaraq qətlə yetiriblər. Hadisənin kriminal aləmə aid söhbət üstündə baş verdiyi bildirilir.

A.Mirzəyevin sonu "313"lə nömrə ilə bitən "Mercedes Galendevagen" idarə etdiyi qeyd olunur. O, elə bu maşınla da tanınıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26