Interposta.Info

Oğurlanan məktəbli danışdı (VİDEO)

Ölkə
 25-11-2021, 20:45     235

Bakıda naməlum şəxsin beşinci sinif şagirdini maşınına mindirərək oğurlamaq istəməsi haqqında xəbər vermişdik.

Baku TV-nin çəkiliş qrupu Sabunçu rayonu 188 saylı orta məktəbin önündə baş verənləri öyrənmək üçün həmin əraziyə üz tutub.

Dərin stress yaşamış məktəbli başına gələnləri mikrofona danışıb.

O bildirib ki məktəbdən çıxarkən böyük qardaşı balaca bacısını götürmək üçün ondan ayrılıb. Elə bu vaxt papaqlı bir nəfər ona yaxınlaşıb:

"Məni qəfildən maşına itələdi. Ondan sonra mənə bıçaqla hədə-qorxu gəldi. Dedi ki, sakitcə maşında otur, kim soruşsa, mənim qızımsan".

Daha ətraflı Baku TV-nin süjetində

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26