Interposta.Info

Koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə
 20-09-2021, 18:45     361

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26