Interposta.Info

Şimşək çaxacaq, yağış yağacaq: Yaxın üç gün üçün hava şəraiti açıqlandı

Ölkə
 2-07-2021, 10:12     290

"Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir".

"İnterPosta" xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq:

“Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26