Interposta.Info

Son sutkada neçə nəfər koronavirusa yoluxub - Statistika

Ölkə
 27-05-2021, 16:49     427

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 5620 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9369, bu günə qədər isə ümumilikdə 3 486 381 test icra olunub.

Bu gün Azərbaycanda koronavirus əleyhinə 50 min 903 vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 41 min 421, ikinci mərhələ üzrə 9 min 482 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 milyon 106 min 889, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 226 min 201, ikinci mərhələ üzrə isə 880 min 688 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26