Interposta.Info

Düşmən platformasında Vətənə qarşı? - Məhəmməd Mirzəliyə ETİRAZ

Ölkə
 27-05-2021, 16:40     400

Fransada yaşayan bloqqer, AXCP üzvü Məhəmməd Mirzəli Ermənistan mətbuatına müsahibə verib. Düşmən ölkənin media qurumuna danışmaqdan çəkinməyən bloqqer Azərbaycanın, hakimiyyətin əleyhinə sərt fikirlər səsləndirib, təhqirə yol verib. Düşmən ölkənin auditoriyasına öz vətənindən şikayətlənmək isə nə siyasi mübarizə prinsiplərinə, nə müxalifətçiliyə, nə də hansısa əxlaqi normaya sığmır. Elə bu səbəbdən də Məhəmməd Mirzəlinin son davranışı kəskin etirazlara səbəb olub.

Mövzu ilə bağlı "İnterPosta"-ya danışan əməkdar jurnalist, professor Qulu Məhərrəmli yalanlarla dolu ölkəyə müsahibənin verilməsini mənasız hesab edir. Müsahibimiz bu məqamın arxasında olduqca məkrli niyyətlərin dayandığını düşünür: "Hansısa mediaya müsahibə verməkdə problem yoxdur. Amma baxır, məqsəd nədir? Biz doğurdanmı, Azərbaycan hökumətindən, məmurundan erməniyə şikayət edirik, yoxsa hansısa gerçəyi deməyi vacib hesab edib, erməni medasından vasitəçi kimi istifadə edirik? Burada insan nə dərəcədə dürüstdür, qərəzsizdir, bunlar kriteriya kimi əsas götürülməlidir.Yəni, məsələn kimsə hökumətdən narazı olar, amma Ermənistandakı situasiyanı, hər şeyin yalan üzərində qurulduğunu bilə-bilə necə onlardan istifadə etmək olar? Mən erməni mediasına müsahibə verən gənclərin fikirlərinin təhrif edilməməsinə də şübhə edirəm. Təəssüf ki, bəzi gənclər arasında düşüncə tərzini bu şəkildə ifadə etməyə meyillilik var ".

Q.Məhərrəmli erməni mediasına çıxmağın zəruri olmadığını, həqiqətləri çatdırmaq istəyən şəxsin yerli mediadan istifadə edə biləcəyini də diqqətə çatdırıb: "Məsələn, gənclər müharibənin əleyhinədirsə, düşmənlə mehriban yaşamaq istəyirsə onda bu istiqamətdə addım atsınlar. Yoxsa erməni platformasından istifadə etmək doğru deyil. Əgər sözünü dünyaya çatdırmaq istəyirsənsə, ölkədə fəaliyyət göstərən Youtube kanalı anlayışı var, saytlar var. Yəni, ölkəmizdə Youtube kanallarında insanlar nə haqqda istəsələr, danışa bilirlər. Amma hansı zərurət var ki, erməni mətbuatı bu cür gənclərə müraciət edir? Azərbaycanın görkəmli adamı erməni mediasına Cənubi Qafqazda olan problemləri deyirsə, bu normaldır. Amma dediyim kimi hər şeyi məqsəd müəyənləşdirir. Sənin məqsədin Azərbaycana qarşı çıxmaqdırsa, bütün yalnışları, dövlətin, xalqın ayağına yazmaq qəbuledilməzdir".

Həmsöhbətimiz erməni xüsusi xidmət orqanları ilə belə gənclərin əlaqəli olmasının biabırçı olduğunu vurğulayıb: "Erməni xüsusi xidmət orqanları ilə mövzu nə olur-olsun əlaqə saxlamaq biabırçılıqdır. Əvvəl QHT xətti ilə də erməni mediasına normal müsahibələr verilirdi. Yəni burada böyük qəbahət yoxdur. Lakin baxaq görək, indi həmin o erməni mediası ölkəmizdə tərifli məqamlar barədə məlumat yayırmı? Lakin o gənc danışsaydı həmin məlumat efirə gedəcəkdimi? Burada söhbət böyük vətənpərvərlikdən getmir, amma məsələyə diqqətlə baxsaq məntiqli cəhətdən belə müsahibələrin verilməsi doğru deyil. Xüsusi xidmət orqanları ilə ölkə gəncinin adının hallanması birmənalı olaraq qəbuledilməzdir". /qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26