Interposta.Info

Üçüncü dalğada daha çox bu şəxslər xəstələnir - Həkim

 

Ölkə
 22-04-2021, 09:17     332

Son günlərdə koronavirus statistikasında artım müşahidə olunur.

Mütəxəssislər 3-cü dalğada ən çox 40-60 yaş arasında olanların xəstələndiyini və öldüyünü deyirlər. Xüsusilə qapalı məkanlarda maskasız bir araya gəlmək yoluxma sayını və ölümləri artırır.

Türkiyəli infeksionist həkim Sıla Akhan bununla bağlı danışıb:

"Pik nöqtəni görüb, daha sonra biraz eniş olsa, o zaman ondan sonrakı 1 həftə, 10 gün ərzində ölümlərin azalacağını söyləmək olar. Amma yenə də öncəliklə pik nöqtəni görməliyik. Onu isə hələ də görməmişik. Tək çarə qaydalara riayət etməkdir. Yoluxma sayının artmasının əsas səbəbi qapalı məkanlarda maskasız görüşlər və havalandırmanın olmamasıdır".

Qeyd edək ki, mütəxəssislər kilolu olanların da xəstəliyi daha ağır keçirdiklərini bildirirlər. /medicina.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26