Interposta.Info

Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu, birinin vəziyyəti ağırdı (VİDEO)

Ölkə
 21-03-2021, 11:33     355

Tovuzda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin qərb müxbiri xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində olub.

Qəza nəticəsində "Changan” və "VAZ 2106” markalı minik avtomobilləri toqquşublar.

Toqquşmanın təsiri ilə "VAZ 2106” əsaslı dərəcədə deformasiyaya uğrayıb. Avtomobildə olan üç nəfər isə yaralanıb.

Təcili xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır. Digər ikisi isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26