Interposta.Info

Düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə Azadlıq meydanında (FOTO/VİDEO)

Ölkə / Manşet
 10-12-2020, 14:34     403

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

"İnterPosta" xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə "Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş etdiriləcək.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26