Interposta.Info

28 illik işğaldan azad olan Ağdamın görüntüləri - FOTOLAR

Ölkə
 21-11-2020, 14:42     642

Noyabrın 20-də 28 illik işğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur tama sıradan çıxarılıb.

Erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.

Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycan

Bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarının boşaldılması nəzərdə tutulub./apa

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26