Interposta.Info

MTN polkovnikinin həbs müddəti uzadıldı

Ölkə
 19-09-2020, 09:27     566

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik-leytenant Zaur Camalxanov barəsində istintaqın təqdimatına baxılıb.

"İnterPosta" Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Z. Camalxanov bu ilin may ayında Baş Prokurorluq tərəfindən saxlanılıb. O, külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.

May ayında barəsində 4 aylıq həbs qərarı çıxarılan Camalxanovun həbsdə qalma müddəti bitdiyi üçün istintaq bu müddətin uzadılması barədə məhkəməyə təqdimat verib.

Hakim Rafiq Abbasovun qərarı ilə Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı təmin edilib, Zaur Camalxanovun daha 4 ay həbsdə qalmasına qərar verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26