Interposta.Info

Azərbaycanda daha bir çay fəlakət həddində: Əhali susuz qalıb (VİDEO)

Ölkə
 25-07-2020, 18:53     468

İqlim dəyişikliyi su ehtiyatlarını ciddi şəkildə təhdid edir, mövcud su resurslarımız tükənir.

Baku TV xəbər verir ki, ölkə ərazisində olan çaylar quruyur, əhali həm içməli, həm də texniki suya olan tələbatını qarşılamaqda çətinlik çəkir.

Şamaxı sakinləri də bu təhlükə ilə üz-üzə qalıb. Rayonun ən böyük və ən önəmli su ehtiyatı olan, Zoğalavaçayın məcrasında yerləşən Zoğalavaçay su anbarı da qurumaqdadır. Anbar 1973-cü ildə rayonun qəsəbə və kəndlərinin təsərrüfat sahələrinin tələbatını ödəmək məqsədilə istismara verilib.

Hazırda anbar iqlim dəyişiklikləri səbəbindən tarixdən silinmə təhlükəsi ilə üz-üzə qalıb. İllərdir ki, bu sudan istifadə edən rayon sakinləri indi su tapa bilmir. Əkilən bostan sahələrinin suvarılmasında böyük problemlə üzləşən təsərrüfatçılar çarəsiz qalıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şamaxı Suvarma Sistemləri İdarəsi də mövcud vəziyyətdən xəbərdardır. Problemin həlli üçün bir sıra işlər görülür. Onlardan biri də Çuxuryurd sututarında nəzərdə tutulan təmir işləridir ki, həmin su bəndi açılaraq, Zoğalavaçay vasitəsi ilə anbara töküləcək.

Bununla yanaşı Prezidentin tapşırığı ilə suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə rayon ərazisində yeni beton su arxları inşa olunur. Yeni arxlar suvarma sularının itkisinin qarşısını almasında mühüm rol oynayacaq.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26