Interposta.Info

Azərbaycanda bir gündə 520 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

Ölkə
 12-07-2020, 21:47     350

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15093nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7878, ötən müddət ərzində isə ümumilikdə 568234 test aparılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26