Interposta.Info

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib

Ölkə
 9-06-2020, 22:45     335

"Nar"alternativenerjisistemindən qidalanan ilk baza stansiyasını istifadəyə verib. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.

Yeni baza stansiyası vasitəsilə kəsintisiz şəbəkə təcrübəsini, yəni enerji təminatının daimiliyini təmin etmək üçün hibrid günəş sistemindən istifadə olunur. Belə ki, sahədə quraşdırılan əlavə elektrik batareyaları günəş şüalarının azaldığı zaman, buludlu hava şəraitində, axşam və ya gecə saatlarında ehtiyat enerji rolunu oynayaraq fasiləsiz təchizatı qorumağa imkan verir.

Alternativenerjimənbəyiolaraqgünəşenerjisindənistifadəninətrafmühitüçünbirçoxfaydaları var. Panellərətexnikiqulluqprosesininzərərsizolması, batareyalarınuzunömürlülüyüvədavamlılığıətrafmühitinqorunmasınaözmüsbəttöhfəsiniverir. Dahadayanıqlı “yaşıl” həllərüzərindəçalışan “Nar”, bərpaolunanenerjimənbələrindənistifadəniartırmaqüçüngələcəkperspektivləridədəyərləndirir.

Hal-hazırdamobiloperatorun 4G və 4.5G texnologiyalıbazastansiyalarıölkənin 54 regionundaəhaliniyüksəksürətli internet vəzəngxidmətləriilətəminedir. “Nar” şəbəkəsiölkəərazisinin 97,7%-niəhatəedirvə 8700-dən artıqbazastansiyasıilə 2.3 milyondançoxabunəçiyəyüksəkkeyfiyyətlixidmətgöstərir. Dahaətraflıməlumat nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26