Interposta.Info

Nazirdən şok: Yoluxanların sayı rəsmi rəqəmlərdən çoxdur

Ölkə
 15-04-2020, 15:38     319

Məhdud sayda test imkanlarına görə heç bir ölkədə yeni tip koronavirusa yoluxma hallarının dəqiq sayını müəyyənləşdirmək mümkün deyil.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Əlirza Rəisi deyib.

“Yoluxma sayının rəsmi rəqəmlərdən artıq olduğu faktdır. Ancaq bunun rəsmi rəqəmlərdən 2-3 dəfə çox olduğunu demək düzgün deyil”, - Ə.Rəisi bildirib.

Nazir müavini qeyd edib ki, yoluxma hallarının azalması virusun ölkəni tamamilə tərk etməsi anlamına gəlmir:

“Bu mərhələdə virusun yayılma zəncirini kəsməyi hədəfləyirik. Buna baxmayaraq, ən kiçik bir səhv pandemiyaya yoluxma halını pik həddə çatdıra bilər”.

Qeyd edək ki, İranda sutka ərzində koronavirusdan 94 nəfər ölüb. Bununla ölkə üzrə pandemiyadan həyatını itirənlərin sayı 4 min 777-yə çatıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26