Interposta.Info

Bərdədə koronavirus əleyhinə tədbirlər gücləndirilib - FOTOLAR

Ölkə
 29-03-2020, 13:05     342

Bərdədə Koronavirus (COVID - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
"İnterPosta"nın məlumatına görə, xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Bərdədə dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Şəhərin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur.
Həmçinin binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26