Interposta.Info

AMEA-nın bir qrup alimi Paşa Həsənli üçün Xətai seçicilərinə müraciət etdilər

Ölkə
 4-02-2020, 19:05     1 140

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi 36 saylı Xətai IV seçki dairəsinin seçicilərinə müraciət edərək növbədənkənar parlament seçkilərində BAO Mərkəzi Şurasının sədri, tarixçi Paşa Həsənliyə səs verməyə çağırıblar. Həmin müraciəti aşağıda olduğu kimi təqdim edirik:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup aliminin 36 saylı Xətai IV seçki dairəsinin seçicilərinə müraciəti.
Çox hörmətli seçicilər!
Xalqımızın hər zaman elmə və alimə böyük hörməti və ehtiramının olmasını nəzərə alaraq sizlərə müraciət etmək qərarına gəldik.Bildiyiniz kimi 9 fevral 2020- ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə seçkilər günüdür. Təəssüf ki mənəvi aşınmanın çox yüksək olduğu , mənəvi dəyərlərin bir növ arxa plana keçdiyi dövrdə yaşayırıq. Bu səbəbdən Dünyada və dövlət strukturlarında millətimizi və dövlətimizi Vətən və Millət anlayışlarından məhrum olan insanların təmsil etməsinə münbit şərait yaranmışdır. Hesab edirik ki, zəmanəmizin bütün mənfi təsirlərinə baxmayaraq, mənəvi deqradasiyaya qarşı mübarizə aparmaq bir Azərbaycanlı kimi hər birimizin borcudur. Bu səbəbdən də, sizləri 9 fevral tarixində seçki məntəqənizə gələrək,tələbəlik illərindən bəri müstəqil, bütöv, ədalətli Vətən yolunda keçməkeşli mübarizə yollarından keçmiş, həqiqi milli tariximizin araşdırmaçı və təbliğçilərindən olan, vətənpərvər alim kimi yüksək adı daşımağa qadir və layiq hesab etdiyimiz həmkarımız HƏSƏNLİ PAŞA FAİQ OĞLUNA səs verməyinizi sizlərdən rica edirik.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26