Azərbaycan kəndində maraqlı adət: bütün sakinlər bir-birilə salamlaşır (FOTO/VİDEO)

Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.
Bayram günü kəndin sakinləri əsas küçədə cərgə ilə düzülərək bir-birilə salamlaşıb-qucaqlaşıblar və bayramlaşıblar.
Onlar bu addımla bir-birilərinə qarşı sevgi və qardaşlıqlarını nümayiş etdiriblər.
Bu mərasimin ən maraqlı tərəflərindən biri də budur ki, hətta il boyu ədavəti olanlar belə həmin gün barışırlar./BAKU.WS
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26