Interposta.Info

Gürcüstanda beynəlxalq avtomobil magistralı bağlanıb

Ölkə
 12-04-2019, 12:16     10 289

Şərqi Gürcüstanı ölkənin qərb hissəsi ilə bağlayan, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil magistralı bu gün səhər saatlarından bağlanıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb benzin yanacağı daşıyan ağır tonnajlı avtomobilin həmin yolda aşması və nəticədə güclü yanğın baş verməsidir.

“Rustavi2” telekanalının yaydığı məlumata görə, hadisə yerində bir nəfərin cəsədi tapılıb. Onun avtomobilin sürücüsü olduğu ehtimal edilir.

Hadisə yerinə 5 yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub. Avtomobildəki benzin geniş əraziyə dağıldığı üçün hələlik yanğını söndürmək mümkün deyil.

Qəzanın səbəbi hələlik məlum deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26