Interposta.Info

Dünyanın ən qeyri-adi 5 binası - Fotolar

Ölkə
 21-03-2019, 10:13     10 418

Dünyada elə əzəmətli və qəribə binalar var ki, onun insanlar tərəfindən inşa edilməsi sual doğurur. Misir piramidaları və Çin səddinin insan əli ilə tikilməsi yüz illərdir ki, araşdırma mövzusudur.

1. 1851-ci ildə Londonda inşa edilmiş Büllur saray ən gözəl saray hesab edilirdi. Hələ bina inşa edilərkən onun insan beyninin məhsulu olmadığı haqqında şayilər dolaşırdı. Binanın şüşə və dəmirdən inşa edilməsi önu daha da gözəlləşdirirdi. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdi. Bu binanın tikilməsinə başladığı zaman Londonda etirazla baş qaldırmışdı. Səbəb burada çoxsaylı ağacın məhv edilməsinin qarşısını almaq idi. Sonda etirazçılar öz istəklərinə çata bildilər. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinin qarşını şahzadə Albert aldı. Şahzadə bu layihəni bəyənməklə ağacların kəsilməsinin qarşısını aldı.
Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etdilər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürüldü. Bu əzəmətli bina 30 noyabr 1936-cı ildə yandırıldı. Yanğından sonra bird aha bu bina təmir edilmədi.

2. Çin imperatorları Pekinin mərkəzində özünün sarayları, gölləri və bağları olan xüsusi şəhərlərdə yaşayırdılar. Başqa adamların oraya daxil olmasına icazə verilmirdi. Ona görə də bu şəhər qadağan şəhəri adını almışdı. 6 əsrlik nadir saray tikilərkən Ming xanədanında qurulan bu şəhərə qadağan olunan bölgə adını vermişdilər. Hökmdarların təhlükəsizliyini təmin etmək üçün bir çox təhlükəsizlik tədbirlərinə malik olan bu şəhərdə keşikçilərin sayı olduqca çox idi. 720 min kvadratmetr sahəyə malik bu ərazinin tikintisinə 1406-cı ildə başlamışdılar. 14 il ərzində yüz minlərlə işçi bu ərazidə işləmişdi. İş zamanı 10 min fəhlənin burada öldüyü bildirlir. 720 min kvadratmetrlik ərazini əhatə edən bu böyük saray, 1925-ci ildən bəri muzey olaraq fəaliyyət göstərir. İl ərzində bu muzeyi 16 milyon turist ziyarət edir.

3. Fransa krallarının Versaldakı dünyada ən böyük sarayının uzunluğu 580 metrdir. Onu 1682-ci ildə XIV Lüdovik üçün tikiblər. Tarixdə bir çox mühüm hadisələrə şahidlik edib bu qədim saray... Məhz Versal sülh müqaviləsi burada imzalanıb.
Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanıb və daha sonra müxtəlif illərdə genişlətdirilib. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Bu günə qədər bu sarayın turistlər üçün maraq kəsb etməsinin özəl səbəbi var. Sarayın maraqlı cəhəti odur ki, tikilərkən burada tualet və ya vanna yerləşdirilməyib. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi. Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmayıb. 1789-cu ildə Fransa inqilabından sonra sarayda cəmi 9 tualet vardı və onlar da kral və ailəsinə məxsus idi.

4. ABŞ-da Kaliforniyada yaşayan Sara Vinçester adlı qadın tikdirdiyi bu bina dünyanın ən möhtəşəm binalarından biridir.Bu binanın sahibi ticarətçi Sara Vinçester kabuslardan qorxurdu və elə hesab edirdi ki, evdə tikinti davam etsə ruhlar onu narahat etməz. Bina 38 ilə tikilib. Başlanğıcda otaqların sayı 18, qurtaranda isə 160 olub. Ən maraqlısı o idi ki, binanın tikintisi başa çatanda Sara Vinçester dünyasını dəyişir.

5. 1869-cu ildə Almaniya kralı Lüdviq Bavarski çoxsaylı qüllələri olan nağılvari qəsr tikdirməyə başlayır. Əslində II Lüdviq "Nağıl kralı" kimi tanınırdı. Onun siyasətdən getməsi qərarını verməsi çoxları üçün təəccüblü idi. Siyasətdən uzaqlaşaraq öz malikanəsinin tikintisilə məşğul olan Lüdviq Almaniyanı tarixinə düşmüşdü. Onu zarafatla bir saraya görə hakimiyyətdən imtina edən kral adlandırırlar./sfera.az

İnterPosta.info

Dünyanın ən qeyri-adi 5 binası - Fotolar
Dünyanın ən qeyri-adi 5 binası - Fotolar
Dünyanın ən qeyri-adi 5 binası - Fotolar
Dünyanın ən qeyri-adi 5 binası - Fotolar
Dünyanın ən qeyri-adi 5 binası - Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26