Interposta.Info

“Kontakt Home” mağazasında 744 manata satılan məsul bazarda 230 manatadır!+FOTO

Ölkə / Manşet
 19-02-2019, 22:35     12 398

Şəbəkələşmiş formada Azərbaycanı cənginə alan, bu “Mağaza”larda vətəndaşları sözün həqiqi mənasında “soyurlar”.
Ölkədə maddi rifahın zəif olduğu bir zamanda əhalinin cibinin soyulmasından bəhs ecdəcəyik:

Mətbuatdanda hərkəsə “Kontakt Home” mağazalar şəbəkəsinin əhalini aldatması və məsulların bazar qiymətlərindən yüksək fərqlə satılması hərkəsə məlumdur.
İnterPosta.info xəbər verir ki, “Kontakt Home” mağazasında satılan məsul bazar qiymətindən 3 dəfə baha qiymətə satılır.
İlk öncə onu qeyd edək ki, mağaza müşdərini kataloqda təqdim etdiyi məsulla aldadır. Belə ki, “Kontakt Home” mağazası türk məsulu kimi kataloqda təqdim etdiyi mətbəx masa dəsti mağazada satışa çıxartdığı çeşidlə eyni deyil!

Kataloqda təqdim etdiyi məsulun çeşidi ilə müşdərini aldadan mağaza, eyni zamanda satış qiymətində də, alıcını aldadır.
Bakı şəhər N.Nərimanov rayonu Fətəli xan Xoyiski 140 (86, Bakı 1000) ünvanında yerləşən “Kontakt Home” mağazasında 744 manata satılan mətbəx masa dəsti ( *6060 qaynar xətdi ilə əlaqə saxladıq bildirdilər ki, həqiqətən mağazaların hər birində adı çəkilən çeşid 744 manata satılır) Sədərək T.M.,Sıra 12 Mağaza 149 ünvanında 230 manata satılır. “Kontakt Home” mağaza şəbəkəsində bir masa dəstinə verilən pulla üç dəst eyni çeşid masa dəsti alamaq mümkündür və əlavə olaraq büccənizdə 54 manat pul qalır.
Bu o deməkdir ki, şəbəkə mağazası yüzlərlə müştərini aldadaraq bazar məzəndəsindən baha qiymətə satmış olub.
“Kontakt Home” mağazalar şəbəkəsində qeyd etdiyimiz fantastik qiymətə münasibət öyrənə bilmədik.
İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26