Interposta.Info

Mübariz Mənsimov məmurları sərt tənqid etdi!

Ölkə
 31-01-2019, 11:00     10 823

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov hakimiyyət mediasinda ona unvanlamış tənqidlərə cavab verib.

İnterPosta.info
-nun məlumatına görə, iş adamının Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin adına gəmi verəcəyi ilə bağlı dedikləri bəzi saytlarda Mübariz Mənsimovun Elçibəyin bayrağı altına keçməsi kimi təqdim olunub. Mübariz Mənsimov barəsində yazılanlara belə cavab verib:

“Ey qafillər! Mən bir bayraq tanıyıram, o da Azərbaycanımın üçrəngli bayrağıdır! Və mən bir tək o bayrağa xidmət edirəm. Amma siz yazıqlar hansı bayrağa, kimə xidmət edirsiz, bilinmir. Bəsdirin, gah ora, gah bura əsdiz. Şükürlər olsun ki, hamınızın əvvəlini də, sonrasını da bilirik. Elə kimlərə xidmət etdiyinizi də. Nə zamandan məmurları tənqid etmək dövlətə qarşı çıxmaq hesab olunub?! Düzə düz, əyriyə əyri demək nə zamandan günahdır?!

Elə cənab prezident özü də məmurlarla bağlı gözəl göstərişlər və nöqsanları aradan qaldırmaq üçün tapşırıqlar vermirmi? Və ayrıca bir daha xatırladıb ki, “istər böyük, istərsə də kiçik məmurlar vətəndaşlara – xalqa xidmət etmək üçün bu kreslolarda otururlar! Bütün dövlət məmurları bilməlidirlər ki, əsas vəzifələri xalqa xidmət etməkdir!” Budur bizim dövlət! Və biz də dövlətimizə sahib çıxmaq üçün ona zərər verənləri tənqid edirik və edəcəyik. Mən siyasətçi deyiləm, amma haqqı-nahaqqı ayıra bilirəm. Bunun qarşısında isə susmağım mümkün deyil. Hər kəsin bu həyatda yaşamağa haqqı var və kimsəyə başqasının haqqını yemək ixtiyarı verilməyib. İndi bu yazımdan sonra da mənim gəmilərimi batırmağa davam edin. Sizə gülməyim gəlir. Yenə də ən çox sevdiyim ifadənin yeridir: “İt hürər, karvan keçər”. Bu bizim tarixi bilməyən, bilib də kor olanlar, stəkanda fırtına yaratmaq istəyənlər üçündür. Gözünüzü açın və oxuyun. Tarixini unudanın gələcəyi olmaz!”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26