Qəbələyə 5 santimetrdən çox qar yağdı - VİDEO
Qəbələ rayonuna 5 santimetrdən çox qar yağıb. Trend-in məlumatına görə, qar rayonun dağlıq kəndləri olan Laza və Durcaya düşüb.
Bildirilir ki, səhər saatlarından yağmağa başlayan qar hələ də davam etməkdədir.
"İnterPosta" xəbər verir ki, rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağan qar kənd təsərrüfatına hər hansı ziyan vurmayıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26