Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdi
Azərbaycanlı biznesmen sayəsində Rusiyada şantajla məşğul olan cinayətkar qruplaşmanın beş üzvü yaxalanıb.
"İnterPosta" xəbər verir ki, bununla bağlı oxu.az Rusiya KİV-ə istinadla məlumat yayıb.
Cinayətkarlar Novokuznetskdə olan azərbaycanlı biznesmendən aylıq "haqq” tələb edib. O isə bunu ödəməkdən imtina edib.
Bu zaman cinayətkarlar iş adamına kafedə görüş təyin ediblər. Görüş zamanı biznesmen döyülüb, silahla təhdid edilərək, 10 min rublu (152 ABŞ dolları - red.) alınıb. Bir müddət sonra onlar yenidən biznesmenlə görüşərək, 20 min rubl (304 dollar) alıblar. Bundan sonra azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Dəstənin bütün üzvləri saxlanılıb. Azərbaycanlı biznesmen təhdidlər səbəbindən hazırda xüsusi mühafizə altında saxlanılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26