Bakıda sərnişinlərlə dolu avtobus alovlandı (VİDEO)

"Baku Bus"a məxsus 6 saylı avtobusun mühərriki hərəkətdə olarkən alışıb.
"XeberBiz" xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, Hüseyn Cavid prospektində alovlanan avtobus məcbur dayanacaqda saxlayıb. Sürücü avtobusdakı sərnişinləri ərazidən uzaqlaşdırıb. Avtobusdakı yanğınsöndürəni işə salan sürücü mühərrikdəki yanğını söndürüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
interposta.info hadisə şahidlərinin protalımıza göndərdikləri görüntüləri təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26