Xərçəngin öz həyatı uğrunda dəhşətli mübarizəsi –

Çində restoranlardan birini ziyarət edən şəxs maraqlı halla qarşılaşıb.
Axar.az xəbər verir ki, müştəriyə qaynayan tasın içərisində xərçəng təqdim edilib. Bu zaman xərçənglərdən biri tasdan yaxasını qurtarmağa çalışıb. Tasın kənarına gələrək özünü xilas etməyə çalışan xərçəngə qısqaclarından biri mane olub. Qısqacını çıxara bilməyəcəyini gördükdən sonra xərçəng onu qopararaq ölməkdən canını qurtarıb.
Maraqlı məqam odur ki, tasdan canını qurtaran xərçəngi videonu çəkən şəxs özünə götürüb. O, hazırda bu xərçəngi akvariumunda yerləşdirdiyini bildirib. Restoranın müştərisi xərçəngin qopardığı qısqacının yenidən bərpa olunacağını bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26