Azərbaycanda dəhşətli qəza:

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"XeberBiz" APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.
Hadisə Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində baş verib. Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26