Interposta.Info

Milyarderin gəlini sırğa oğurlayarkən yaxalandı

Ölkə
 3-02-2018, 11:26     10 350

ABŞ-ın keçmiş vitse-prezidenti Nelson Rokfellerin gəlini Rene Meksikada beşulduzlu otellərin birinin mağazasında saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Peyc Siks” (Page Six) nəşri yayıb. Jurnal Renenin 500 dollarlı paltar aldıqdan sonra mağazadan çıxdığını, amma bu zaman öz çantasına bahalı olmayan sırğaları atdığını bildirib. Bundan sonra Reneni mühafizəçilər saxlayıb və ona kameralardakı görüntüləri təqdim ediblər. Rene bunu öncə inkar etsə də, sonradan sırğaları geri qaytarıb.

Qeyd edək ki, Rene Rokfeller hazırda Nyu Yorkdakı “Kreativ Taym” şirkətinin idarə heyətinin üzvlərindən biridir. O, Mark Rokfellerin həyat yoldaşıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26