Interposta.Info

Ukraynada "Lotu Quli"yə yaxın olan daha iki şübhəli yaxalandı -

Ölkə
 27-01-2018, 00:08     10 641

Bir neçə gün öncə Ukraynada "Lotu Quli"yə yaxınlığı iddia edilən cinayətkar dəstənin Azərbaycan əsilli iş adamlarının pul tələbi ilə oğurlanması haqqında məlumat vermişdi.

Xatırladaq ki, on gün əvvəl iş adamı, əslən Şəkidən olan Hikmət Abdullayevin bir aydan çox oğurlanaraq pul tələb edildiyi, pul ödənmədiyi üçün öldürülməsinə qərar verildiyi, son anda Ukrayna təhlükəsizlik orqanlarının əməliyyatı nəticəsində sağ qalması barədə də oxucularımızı məlumatlandırmışdıq.

Qeyd edək ki, Hikmət Abdullayevin ölümünü sifariş verən "Lotu Quli"nin Polad adlı yaxın qohumu oğurladıqları şəxsin iplə boğaraq öldürülməsini telefonla göstərişi verdiyi də Ukrayna hüquq – mühafizə orqanlarına məlum olub. Poladın hal-hazırda axtarışda olduğu bildirilir.
Ukraynada "Lotu Quli"yə yaxın olan daha iki şübhəli yaxalandı -

Moderator.az bu dəqiqələrdə Ukraynadakı mənbələrindən həmin cinayətin başqa üzvlərinin bir neçə saat əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yaxalandığı haqqında informasiya alıb.

Tutulanlardan biri Hikmət Abdullayevi Kiyev ətrafında kirayələdiyi evdə saxlayan 20.08.1965 təvəllüdlü, əslən Ağstafa rayonundan olan, Ukrayna vətəndaşı Asif Həsənovdur. Başqa biri 27.11.1967 təvəllüdlü, əslən Sabirabad rayonundan olan, Ukrayna vətəndaşı Arzuman Bayramovdur.
Ukraynada "Lotu Quli"yə yaxın olan daha iki şübhəli yaxalandı -

Tutulan şəxslər hal-hazırda istintaqa ifadə verirlər.

İddialara görə, Ukraynanın müxtəlif şəhərlərində tutulan bu şəxslər bir neçə müddət imiş ki, məhz öz həmyerlilərini, Azərbaycan əsilli iş adamlarının və onların ailə üzvlərini pul tələb etməklə oğurlamaqla məşğul olublar.

Hadisələrin gedişi haqqqında əlavə məlumat veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26