Interposta.Info

Şəki İcra başçısı Əfəndiyev ailəsinin problemi ilə niyə marqlanmır?

Ölkə
 7-11-2017, 00:26     6 846

Sizdən artıq dərəcədə xahiş edirəm mənim bu müraciətimi sonadək oxuyun və yalvarıram biganə qalmayın . Bəlkədə bu məktubu bir sərsəmlik , dəlilik , boşboğazlıq hesab edəcəksiniz . Amma bu məktub imkansız , kimsəsiz , heç bir çıxış yolu olmayan bir insanın , bir atanın fəryadıdır .

"XeberBiz" xəbər verir ki, bu kimi ürək sızladan sözləri «Regionaz.tv»-nin elektron ünvanına Şəki şəhər sakini Eldəniz Əfəndiyev göndərib. «Regionaz.tv» olarq Eldəniz əfəndiyevin ünvanladığı məktubu olduğu kimi sizlərə təqdim edirk.


Mənim 42 yaşım var , orta məktəbi əla qiymətlərlə bitirib iki dəfə müxtəlif Ali məktəblərin iqtisadiyyat fakultələrinə daxil olsamda müxtəlif səbəblərdən təhsilimi yarımçıq qoymuşam . Müxtəlif illərdə mühasib kimi fəaliyyət göstərmişəm . Bu məktubu Sizə yazmaqda məqsədim budurki , mümkünsə məni maliyyə və ya inzibati işlə təmin edəsiniz ( Azərbaycanın istənilən bölgəsində işləməyə hazıram ,dünyanın istənilən yerində həmçinin təki iş olsun ) . İnanınki, vəziyyətim dəhşətli dərəcədə ağırdır . 15 yaşlı oğlumda həkim müayinəsi zamanıi epillepsiya ( beyin xəstəliyi , gün ərzində donmalar olur ) tapılıb . Müalicəsi uzunmüddətlidir ( 8 — 10 il , bəlkədə çox ), aylıq müalicəsi və həkim müayinəsi üçün 250 — 300 manat vəsait lazımdır . Bir neçə aydır birtəhər , borc xərclə də olsa müalicəsini etdirirəm . Artıq gücüm çatmır . İnsanlıq naminə , azərbaycanlılıq naminə , müsəlmanlıq naminə mənə yardım edin . Ən azından iki üşağı gözünüz önünə gətirin , bir atanın imkansızlıqdan uşaqlarının ən adi yaşam tələblərinini ödəyə bilmədiyi üçün yoxdur deməkdən necə əzab çəkdiyini dillə demək çətindir . Elə bilinki , hansısa kanalda verilişə çıxıb xəstəyəm deyib kömək istəyənlərdən biridə mənəm ( kimdənsə yardım almaq üçün məhz bu verilişlərə çıxmaq şərtddirmi ? ) . Bu məktubu yazsamda ümidim çox azdır , bəlkədə ( təki belə olmasın ) oxuyar oxumaz siləcəksiniz . Amma çox xahiş edirəm bu haraya laqeyid qalmayın . Vallah Allah heç vaxt yaxşılıqları unutmur , ən azından iki günahsız uşağın duaları Sizlərə bir ömür bəs edər . Heç olmasa ən azından xahiş edirəm zəng vurub nəysə deyinki, bilimki, laqeyid qalmadınız. Bu dünyada hələdə yaxşı insanların olduğuna inanıb belə müraciət etmək qərarına gəldim və inanıramki , həmin yaxşı insanlardan biridə məhz sizsiniz . Çox xahiş edirəm bu müraciəti oxuyub sadəcə üzərindən keçməyin . Xahiş edirəm bu müraciətə hər hansı bir reaksiya verin , Hörmətlə : Əfəndiyev Eldəniz ( Şəki şəhəri ) . Mobil nömrəm : 055 — 747 — 63 — 34

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26