Interposta.Info

Qardaşı oğlu sağ qalsın deyə futbolu tərk etdi -

Ölkə
 2-08-2017, 15:00     10 168

Argentinanın aşağı liqa təmsilçisi, “Central Larroque” komandasının futbolçusu Alehandro Benitez karyerasına son qoyub. Səbəb isə qardaşı oğlunun həyatını qurtarmaq olub.

Ailem.az xarici mediaya istinadən bildirir ki, bir neçə həftə əvvələ qədər “Central Larroque” komandasının formasını geyinən Lulo ləqəbli Benitez futbol ilə insan həyatı arasındakı seçimində ikinciyə üstünlük verib. 9 aylıq qardaşı oğlu Milonun fiziki problemləri olduğu üçün həkimlər uşağa qaraciyər köçürmək lazım olduğunu deyiblər. Milo üçün atasının qaraciyəri uyğun çıxmır, anası isə ürəyindəki narahatlıqlara əsasən donorluğa qəbul edilmir. Test etdirən Benitezin qaraciyəri isə qardaşı oğlu ilə uyğun gəlir. Ancaq həkimlər Benitezə bu əməliyyatdan sonra futbol oynaya bilməyəcəyi ilə bağlı xəbərdarlıq ediblər. O isə heç düşünmədən qardaşı oğlunun həyatını qurtarmağı seçir.
Qardaşı oğlu sağ qalsın deyə futbolu tərk etdi -



Alehandro Benitezdən qaraciyər parçasının alınması üçün aparılan əməliyyat 7 saat, həmin bu parçanın nəqli üçün Miloya edilən əməliyyat isə 12 saat çəkib. Həkimlər hər iki əməliyyatın da uğurlu keçdiyini, balaca Milonun isə vəziyyətinin stabil olduğunu, həyati riskin qalmadığını bildiriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26