Interposta.Info

80 yaşlı nənəni qandallayıb apardılar

Ölkə
 26-06-2017, 07:20     822

Türkiyənin Adana şəhərinin Seyhan qəsəbəsində qonşuların şikayət etdiyi 80 yaşlı Zəkiyə Gəzgiç adlı qadını polislər bölməyə aparıb.

interposta.info
Qafqazinfo-ya istinadən xəbər verir ki, qonşuların iddiasına görə Z.Gəzgiç evin damına çıxaraq digər evlərə daş atıb.

Şikayətdən sonra polis yaşlı nənənin evinə gedib. Polisləri görən qadın dama çıxıb və daş ataraq polislərin yaxınlaşmasına əngəl olub. Polislərin bütün cəhdinə baxmayaraq qadını damdan endirmək mümkün olmayıb. Nəticədə qadının qollarına qandal vurularaq damdan endirilib və polis bölməsinə aparılıb.

Qonşuların sözlərinə görə, qadın tək yaşadığı üçün psixoloji problemlər keçirir.

interposta.info

80 yaşlı nənəni qandallayıb apardılar
80 yaşlı nənəni qandallayıb apardılar
80 yaşlı nənəni qandallayıb apardılar80 yaşlı nənəni qandallayıb apardılar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26