Yadplanetlilər “son zəng” ə gəldi -

ABŞ-ın Los-Anceles ştatının San Pedro stadionunda təşkil olunmuş orta məktəb buraxılışı mərasimi zamanı maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, Bernadin Torres həmin gün nəvəsinin də iştirak etdiyi mərasimi izləmək üçün stadiona gəlib. Qadın qeyd edib ki, o, mərasimi videoya çəkərkən, ərinin onu çağırdığını eşidib. Qadın səs gələn tərəfə çevriləndə göydə qəribə qara disk görüb.
Diskin səmada asılı qalması Bernadin Torresi təəccübləndirib. O, nə baş verdiyinin fərqinə varmayıb. Amma növbəti gün amerikalı qadın evdə "Son zəng"in videosuna baxarkən, görüntülərdə yenə də həmin diski görüb: "Bu mənim üçün böyük şok idi".
Torres çəkdiyi video-görüntünü adiyyəti qurumlara göndərdiyini deyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26