Interposta.Info

“Evdə beşbarmaq, vinçestr, ov silahı, güllələr var” -

Ölkə
 9-06-2017, 21:25     640

Ağdaşda 1 tona yaxın çətənə kolu və silah-sursat aşkarlanıb.

ARB TV xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik bitkilər yetişdirən və evində silah-sursat saxlayan Pirəzə kənd sakini Xəyal Quliyev saxlanılıb.

Xəyal Quliyevin həyətyanı sahəsinə baxış keçirilərkən oradan ümumi çəkisi 996 kiloqram olan 512 ədəd çətənə kolu aşkar edilib

Xəyal Quliyev -saxlanılan şəxs: “Dedi evdə başqa nə var, dedim ki, beşbarmaq var. Bir də güllə var, avtomat gülləsi. Vinçestr, bir də ov silahı var. Ov silahı atamdan qalıb, ikisi də. Vinçestri öz adıma almışdım”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26