Interposta.Info

Saxlanılan şəxs narkotikin “xeyirlərindən” danışdı: “Bişirib, yavaş-yavaş suyunu içməlisən” - VİDEO

Ölkə
 1-06-2017, 16:29     894

“Onu birdən-birə içmək olmaz, 1 həftə vaxt lazımdır”

Gəncə Dəmir Yolu Vağzalında külli miqdarda narkotik vasitə aşkarlanıb.

ARB TV xəbər verir ki, Gəncə sakininin işləməyə getdiyi rayondan qazancı narkotik vasitə oldu.

Gəncə Dəmir Yolu Stansiyası Xətt Polis Şöbəsinin əməkdaşları həmin şəxsi vağzalın peronunda saxlayıb. Onun üzərindən xeyli miqdarda marixuana aşkarlanıb.

Aylardır istixanalarda çalışıb gündəlik ehtiyacını ödəyən Gəncə sakininin sonradan köhnə peşəsinə qayıtmaq cəhdi uğursuz alınıb. 35 yaşlı Akif Abdullayev bir neçə ay öncə Şəmkirdə çalışdığı təsərrüfatın yaxınlığından əldə etdiyi marixuananı özü ilə Gəncədə gözdən könüldən qıraq yerə gətirmək istəyib. Ancaq Gəncə Dəmir Yolu Xətt Polisi Şöbəsi əməkdaşlarının sayıqlığı onun bu arzusunu ürəyində qoyub. Şübhəli şəxsin əlindəki sellofan torbaya baxış zamanı külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Polisin araşdırması zamanı Akif Abdullayevin əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşadığı da üzə çıxıb. Saxlanılan şəxs uzun illərdir əsəb xəstəliyindən əziyyət çəkdiyini deyərək marixuananın müalicəvi əhəmiyyətindən ağız dolusu danışıb.

Akif Abdullayev - saxlanılan şəxs: “Açıq sahələrdə aparıb bişirmək istəyirdim. Orada elə yerdə etmək istəyirdim ki, çox adam görməsin. Onu bişirib suyunu içməliydim. Onu birdən-birə içmək olmaz. Onu yavaş-yavaş içməlisən. Bir həftə vaxt lazımdır”.

Akif Abdullayevin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. Əməli sübuta yetirilərsə onu 5 ildən 10 ilədək məhkumluq həyatı gözləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26