Interposta.Info

Tanrı evini talan edən dövlət başçısı və dünyanın 200 ildir axtardığı SİRLİ XƏZİNƏ -

Ölkə
 12-05-2017, 12:49     1 220

Dünya hökmdarlarının hələ də tapılmamış xəzinələri avantüristlərlə yanaşı tarixçilərə, arxeoloqlara da rahatlıq vermir. Əsrlərdir bu xəzinələr üçün dünya ələk-vələk olunsa da xəzinə üzə çıxmamaqla öz sahibinə sədaqətini qoruyur.
Publika.az xəbər verir ki, dünya hökmdarları arasında istər qüdrəti, istərsə də nüfuzuna görə ən çox araşdırılan fatehlərdən biri olan Napaleon Bonapartın özü ilə yanaşı sirli xəzinəsi də maraq doğurur. Hələ də tarixçilər bu suala cavab tapmayıblar: Napaleonun xəzinəsi haradadır? Napaleonun yandırılmış Moskvadan çıxardığı qənimət elə təkcə bütöv bir xəzinəyə bəs edərdi. Onun ordusunun adyutantı Filip Seqyur sonralar etiraf edirdi ki, təkcə Moskvadan daşıdığımız qənimət uzun bir karvan idi: ucu-bucağı görünmürdü. Yolun yarısında əldən düşmüş, yorğun ordu arxasıyca rusların gəldiyini görüb yükün yarısını Qara gölə (Rusiyanın Smolensk vilayətindəki Semlyova gölü nəzərdə tutulur. Gölün içində torf həddən artıq çox olduğu üçün suyun rəngi qaraya çalır) atdı. Sonralar həvəskardan tutmuş rəsmi xəzinəaxtaranlara qədər hər kəs bu gölün dibinə baş vurdu, amma xəzinəni gördüm deyən olmadı. Elə isə Napoleonun apardığı qənimət hara yoxa çıxdı?!
Tanrı evini talan edən dövlət başçısı və dünyanın 200 ildir axtardığı SİRLİ XƏZİNƏ -

Yazıçı Valter Skot da “Napaleon Bonapartın həyatı haqqında” kitabında həmin adyutantın dediklərinə əsaslanıb. Ünvan bəlli olunca axtarışlar da yuxarı şəxslər tərəfindən həyata keçirilirdi. İlk olaraq 1836-cı ildə qubernator Nikolay Xmelnitski peşəkar mühəndislərin köməyi ilə göldə axtarış işlərinə başladı. Amma uğursuz alındı. İkinci böyük axtarış 1911-ci ilə həyata keçirildi. Arxeoloq Yekaterina Kletnova onu diqqətə aldı ki, bu ərazidə iki göl var. Buna görə də o biri gölün də suyu lilləndirildi, amma xəzinə ortaya çıxmadı. Daha sonra arxeoloq belə qərara gəldi ki, xəzinə göldə yox, Osme çayında basdırılıb. Amma bu axtarış da fayda vermədi.
Napaleonun Moskva yürüşündə iştirak etmiş, sonralar ölkənin naziri vəzifəsinə yüksəlmiş Tüno belə bir açıqlama verdi ki, xəzinə Smolensklə Orşa şəhəri (indiki Belarus) arasındakı görə atılıb. Yenə də Rusiya tərəfi tənbəllik etməyib qollarını çırmaladı. Çifayda!
Tanrı evini talan edən dövlət başçısı və dünyanın 200 ildir axtardığı SİRLİ XƏZİNƏ -

SSRİ dönəmində də axtarışlar ara verməmişdi. Ən böyük axtarış isə 1979-cu ildə həyata keçirilmişdi. Ölkənin 45 ən yaxşı arxeoloq və mühəndislərindən ibarət heyət Smolenskdəki və yaxın bölgələrdəki bütün su hövzələrinin altını üstünə çevirdi. Amma axtarışların heç biri ürəkaçan olmadı.
Ümumiyyətlə, irili-xırdalı bütün axtarışlara xərclənən pullar bir araya yığılsaydı, bəlkə də elə xəzinənin özü qədər edərdi.
Belə bir fikir yaranmışdı ki, fransızlar xəzinənin əsl yerini gizlətmək üçün bilərəkdən ortaya yalan ünvan atıblar. Çünki Krasnoyarskdan olan tədqiqatçı Orest Nikitin sensasiyalı açıqlama verərək bildirmişdi ki, Böyük Vətən Müharibəsi illərində Smolenskdə yaşayıb. Onun sözlərinə görə, Qara göldən 30 km aralıda bir qəbiristanlıq var, adına Kurqanlıq deyirlər. Burada 1812-ci ildə ruslara əsir düşən, sonralar dünyasını dəyişmiş fransızlar basdırılıb. Əsgərlərdən biri yerli rus qızına vurulub və onunla evlənib. Öldükdən sonra həmin məzarlıqda basdırılıb. Fransızın arvadı 100 yaşdan artıq yaşayıb və ömrünün son illərində həmkəndlilərinə belə bir etiraf edib ki, əri öləndə mütləq harada basdırılacağını dəqiq ona göstərmişdi və demişdi ki, bu yaxınlıqda xəzinə basdırılıb. Qəbrin üstünə iri daş qoy ki, xəzinənin də yeri itməsin. Qarının sözlərinə heç kim inanmamışdı.
Tanrı evini talan edən dövlət başçısı və dünyanın 200 ildir axtardığı SİRLİ XƏZİNƏ -

Amma o da məlumdur ki, II Dünya Müharibəsi ərəfəsində həmin ərazilərdə Mozer familiyalı bir alman dolaşaraq, özünü “Zinger” tikiş maşını şirkətinin nümayəndəsi kimi təqdim edirmiş. Sonralar onun faşist casusu olduğu üzə çıxıb. O, 1942-ci ildə Smolenskə nəzarət edən dəstəyə rəhbərlik edirdi. Bu zaman Mozer minaaxtaranların köməyilə Napoleon xəzinəsini axtarıb və Nikitinin iddiasına görə, tapıb. Çünki tədqiqatçı tapılmış xəzinənin bir hissəsini – qızıl monetləri, qab-qaşıqları, kilsədən çıxarılmış qızıl-gümüş avadanlıqları, xaçları və daş-qaşları öz gözü ilə görmüşdü! Onların çoxu böyük kilsələrdən qarət olunmuş qənimətlər idi. Nikitin daha bir iddia ilə çıxış edirdi ki, 1942-ci ildən sonra o ərazilərdə xəzinə axtarmağı adı yoxdur. Çünki almanlar nə var-nə yox hamısını daşıyıblar.
Amma qızıl hərisi, pul dəlisi olan insan bu sözdən qane olarmı? Əlbəttə yox! Axtarışlar sonrakı dövrlərdə də davam etdirildi. Yaxın keçmişdə tarixçi Aleksandr Seryogin və xəzinəaxtaran Vladimir Porivayev yeni ünvanla qafaları qarışdırmışdılar. Onlar iddia edirdilər ki, xəzinə Moskvadan 300 km aralıda basdırılıb. Oradakı sıx meşəlikdə (1812-ci ildə düzənlik olubmuş) təxminən 80 ton qızıl basdırılıb. Bu açıqlama da insanlarda şübhə doğurdu. Amma şübhəli olmayan bir məqam var: Napaleon Rusiyadan daşıdığı böyük qəniməti Fransaya aparmayıb, heç yarı yolda da ordunu qənimətlə görən olmayıb. Demək xəzinə elə haralardasa Rusiya ərazisindədir.
Tanrı evini talan edən dövlət başçısı və dünyanın 200 ildir axtardığı SİRLİ XƏZİNƏ -

Dövlət Tarix Muzeyinin şöbə müdiri Viktor Bezotosnıy isə başqa bir iddia ilə çıxış edir ki, xəzinə kazak atamanlarının əlinə keçib. Çünki Napaleon ordusunu qovan onlar idi, fransızlar nə qədər cəld tərpənib basdırmaq üçün yer qazsalar da kazaklara yaxalana bilərdilər ki, belə də olduğu ehtimal edilir.
Napaleonun Rusiya məğlubiyyətindən 200 ildən artıq vaxt ötüb. Tarix bəlkə də bu məğlubiyyəti unudardı, amma tarixdən çox qızıla olan maraq hər il insanların əlinə bel alıb yer qazmağa vadar edir. Bəlkə də hələ də Rusiya torpaqlarının altında Napaleonun həsrət qaldığı xəzinə yatır, bəlkə Qara gölün dibində Tanrı evindən talan olunmuş qızıl xaçı yosun basıb, nə bilmək olar? İstənilən halda bütün xəzinələr kimi bu da nə sahibinə qismət oldu, nə də özünə yeni sahib tapdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26