Interposta.Info

İntihar edən 25 yaşlı qız məktub yazdı:

Ölkə
 11-05-2017, 14:14     1 280

İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi məzunu Gizem Zülal Kaynarın otağında intihar etdiyi haqda məlumat vermişdik.
İngilis dili və informatika fakültəsinin məzunu Gizem Zülal Kaynarın intihar məktubunda tükürpədici detallar ortaya çıxıb.
Kaynarın ailəsiylə əlaqədar sərt ifadələr işlətdiyi məktuba cənazəsinə qatılmaqlarını istəmədiyi yaxınlarının adlarını bir-bir yazıb.
Universitetdən 3 rəfiqəsi ilə birlikdə qaldığı evdə canına qıyan qızın cənazəsi dünən yaxınları tərəfindən alınaraq torpağa tapşırılmaq üçün Nevşehirə aparılıb.
Gizem Kaynarın "Bacarmadımsa, xahiş edirəm siz edin. Öldürün məni" deyə yazdığı məktubunda bu ifadələr işlədilib: "Əgər bu təşəbbüsə görə fiziki, zehni olaraq ziyan görmüş olarsam, qətiyyən o şəkildə yaşamaq istəmirəm. Və əgər ölə bilsəm, nə xoşbəxt mənə. Çox inanclı biri olmadığım üçün dəfn mərasimi də istəmirəm. Heç kimin gəlib-getməyini istəmirəm. Hələ mənimlə qan bağlılığı olan heç kimi istəmirəm. Heç birini görmək istəmirəm". (milli.az)

interposta.info
İntihar edən 25 yaşlı qız məktub yazdı:
İntihar edən 25 yaşlı qız məktub yazdı:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26