Interposta.Info

Şəkidə DƏHŞƏT - Yeznə qaynını öldürdü:

Ölkə
 1-05-2017, 19:39     1 319

Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.

ARB Şəki xəbər verir ki, hadisə aprelin 30-u axşam saatlarında rayonun Fazıl kəndi ərazisində qeydə alınıb.

Şəkinin İbrahimkənd kənd sakini 58 yaşlı Səfərov Tofiq Məhyəddin oğlu Fazıl kəndi ərazisində şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını otarmağa gedib. Qohumlarının sözlərinə görə, mərhumun cəsədini ərazidən keçən çoban görüb.

Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 57 yaşlı Balıyev Vidadi Sübhan oğlu ov tüfəngi ilə qətlə yetirib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vidadi Balıyev tutulub. Vidadi Balıyevin daha öncələr də məhkumluq həyatı yaşadığı bildirilir.

Rafiq Səfərov (Mərhumun qohumu): "Bunların əvvəldən bacı ora köçəndən ailə münaqişəsi olub. Bacı üstündə. Biz bir az səbr etdik. Bu bir böyük kimi dedi. Getdik özü dedi ki bəsdi. Ola bilsin ki, ailə münaqişəsi zəmnində bu hadisəni törədib".

Hadisənin ailə münaqişəsi zəminində yaşandığı ehtimal olunur.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26