Interposta.Info

Bakıda 500 manata dovşan satılır -

Ölkə
 26-04-2017, 18:46     912

Bakıda 27 yaşlı gənc dovşan biznesi ilə özünə maşın və ev də alıb. Onun elə dovşanları var ki, iriliyi ilə kənardan diqqəti cəlb edir.

interposta.info
"Xəzər TV"yə istinadən xəbər verir ki, Babək Qəribov daha çox qeyri-adi dovşan sortları saxlayır.

Babək 10 ildir dovşan saxlamaqla məşğuldur. Dovşanların arasında eləsi var ki, nəhəngliyi ilə heyrətləndirir.

Babək dovşanları artırır və satır. Deyir ki, bəzi dovşanları ətini yemək üçün alırlar, bəzilərini isə sadəcə evdə saxlamaq üçün.

Nəhəng dovşanlar əsasən qarğıdalı, arpa, buğda, tum, quru yonca ilə qidalanır. İki cütünün qiyməti isə 500 manata yaxındır.

Babək deyir ki, dovşanlar ildə 4-5 dəfə balalayır. Hər dəfə 8-14 arası bala doğulur.

interposta.info bildirir ki, hazırda onun təsərrüfatında 200-ə yaxın dovşan var.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26