Bəşəriyyət yaranmadan Yerdə sivilizasiyalar olubmu? —

Müasir alimlər yerdənkənar sivilizasiyaların bəşəriyyətin inkişafına təsiri barədə mübahisə aparırlar. Bəziləri iddia edir ki, elmi əsaslandırması olmayan hipotezləri və qəribə hadisələri meteorologiya, geologiya və gizli silahların sınağı nöqteyi nəzərindən izah etmək olar. Bəzi alimlər isə yerdənkənar sivilizasiyaların mövcud olduğunu iddia edirlər. Bu sivilizasiyalar Yer planetindəki sivilizasiyanın inkişafına nəzarət edirlər...
Kölgədə qalan
Diqqət daha çox izah olunmayan səma hadisələrinə ayrılır. Bu hadisələrin mövcudluğunu faktlarla sübut etmək kifayət qədər çətindir. Bununla yanaşı səmada uçan naməlum obyektlərin foto və video çəkilişlərinin böyük əksəriyyəti saxtadır. Bu zaman belə çıxır ki, UFO-ların mövcudluğunu 100 % sübuta yetirmək mümkün deyil. Çünki çəkiliş materialları kimi şahid ifadələri də yalançı və saxta ola bilər. Qəribə uçan obyektlər ətrafında dolanan səs-küylü mübahisələr Yer planetində bir neçə milyon il əvvəl yüksək inkişaf etmiş sivilizasiyanın mövcudluğu barədə faktları kölgədə qoyur.
Düşünməyə vadar edən birinci fakt əridilmiş minerallardır. Bu əridilmiş minerallar meteorit düşdükdən sonra yaranan kraterlərə bənzər dərinliklərdə tapılır. Kifayət qədər məntiqli izah vermək olar, amma burada bir əmma var. Məsələ burasındadır ki, tapılmış minerallar ancaq nüvə partlayışı nəticəsində yaranan tempraturun təsiri ilə şüşəyə çevrilə bilərdilər. Bu ehtimalı sübut etmək üçün bu məsələyə diqqət ayırmaq lazımdır:
1) krater qruntlarında radioaktiv izotopların qalıqları var.
2) onların tərkibində komet və asteroid materialı yoxdur.
Bu o mənaya gəlir ki, bir neçə milyon il əvvəl ya Yer planetində nüvə silahı sınaqdan keçirilib, ya da naməlum sivilizasiyalar arasında baş verən toqquşmada nüvə silahından istifadə edilib. Deməli planetdə insan peyda olana qədər yüksək səviyyədə inkişaf etmiş məxluqlar ağalıq ediblər.
Bu hipotezi sübut edən digər fakt isə Okinava yapon arxipelaqı yanında tapılmış sualtı şəhərlərdir. Şəhərdəki binalar nəhəng mərmər qayalardan inşa edilib. Alimlərin hesablamalarına görə, müasir insanın sahib olduğu güclü texnika bu gün də belə bir tikili inşa etməyə kifayət deyil.
Belə nəticələrin ancaq bir cavabı var-Bu şəhərlər inkişaf səviyyəsi ilə müasir insanı kifayət qədər qabaqlayan sivilizasiya tərəfindən inşa edilib. Bəlkə bu şəhərlər Yer planetinə yiyələnmək istəyən yadplanetlilər tərəfindən inşa edilib? Bəs niyə onlar səssiz-səmirsiz yoxa çıxıblar və ya bəşəriyyətin inkişafına nəzarət etməyi üstün tutublar? Niyə bəşəriyyətin işlərinə qarışmırlar?
Həqiqətə uyğun bir vesiyaya əsasən nə vaxtsa Yer planetində güclü, yüksək səviyyədə inkişaf etmiş sivilizasiya mövcud olub. Müəyyən bir dövrdə bu sivilizasiya inkişafının zirvəsinə çatıb və güclü silahların iştirakı ilə münaqişə başlayıb. Münaqişə sivilizasiyanın məhvi ilə nəticələnib. İnsan isə bu mifik varlıqların varisi sayılır.
Qədim dastanlardakı fakt və sübutlar
Qəribə məxluqların mövcudluğu barədə müxtəlif xalqların mifologiyasında məlumat var. Bu məlumat daha çox qədim hind dastanında ifadə edilib. Mahabharata və ya “Bharatanın nəsli barədə böyük rəvayətlər” Pandavami və Kauravami adlı iki böyük çar xanədanının düşmənçiliyindən bəhs edir. Müharibədə tərəflər bir-birinə qarşı inanılmaz dağıdıcı gücə malik silahdan istifadə edirlər. Bu silahın təsviri atom bombası partlayışına çox uyğundur. Bu zaman belə bir sual ortaya çıxır. Mahabharatanın müəllifi müdrik Vyase atom bombasının partlayış təsviri barədə məlumatı haradan ala bilərdi?
Başqa maraqlı bir fakt isə qədim Yunan mifləridir. Qədim Yunan miflərində tanrılar insan cildində təsvir edilir və onların qeyri-adi imkanlara və bacarıqlara sahib olduğu qeyd edilir. Bütün tanrılar Olimp dağında yaşayıb. Məsələn, Hefest yeraltı emalatxanada silah düzəldir, Aid isə Ölülər Çarlığını qoruyur, Poseydon dənizləri idarə edir. Bu isə o mənaya gəlir ki, inkişaf etmiş məxluqlar nəinki göydə, eyni zamanda, yerin altında, okeanın dərinliklərində də yaşayırlar.
İstənilən xalqın nağıl və əfsanələrində buna aid misallar var. Dəyişən sadəcə tanrıların adları və onların peyda olma səbəbləri fərqlidir. Qalan bütün təsvirlər demək olar ki, eynidir. Fövqəl qüdrətə malik varlıqlar çox güclü idilər və böyük əraziləri yandıra bilirdilər. Bu təsvir isə müasir silahlanmaya daha çox bənzəyir. Söhbət bir neçə dəqiqə ərzində böyük bir şəhəri yandırılmış səhraya çevirən silahlardan gedir.
Nəhayət, ən məşhur fakt müəmmalı Atlantidadır. Əfsanəyə görə, Atlantida böyük miqyaslı fəlakət nəticəsində sulara qərq olub.
Görəsən inkişaf etmiş Atlantida mədəniyyətini çox güclü silahdan başqa nə məhv edə bilərdi? Çünki atlantlar adi subasmanın öhdəsindən gəlməkdə elə də çətinlik çəkməzdilər. Bu ritorik sualdır.
Yuxarıda sadalanan bütün faktlar Yer planetində insan yaranmadan öncə həyatın olduğunu sübut edir. Çox güman ki, müasir sivilizasiya artıq sayca 10-cu və ya 15-cidir. Bizim bəşəriyyəti də sələfləri kimi tam məhv olmaq taleyi gözləyir. Sonra isə planetdə yenidən həyat cücərəcək və bəşəriyyət yaranacaq. Beləcə bu məhv olub yenidən yaranma harmonik konsepsiya tapılana qədər davam edəcək. Bu harmonik konsepsiyada gizli laboratoriyalarda istehsal edilən ölümcül viruslar və silahlanma yarışı olmayacaq.
Həqiqət niyə gizlədilir?
Yer planetində həyat sikli teoriyası ciddi qəbul edilmir və açıq-aydın arxa plana göndərilir. Əsasən Darvinin təkamül nəzəriyyəsi təlim edilir. Bu nəzəriyyə isə tam olaraq insan inkişafının qısa mərhələsini izah etmir. Bəşəriyyəti gizli surətdə idarə edən yerdənkənar sivilizasiyaların mövcudluğu barədə hipotez öyrənilir və tədqiq edilir.
İnsan yaranana qədər mövcud olmuş onlarla inkişaf etmiş sivilizasiya barədə məlumatları inkar etmək və gizlətmək iki səbəbdən baş verir:
1) Bu hipotez insanın inkişaf və yaradılışın zirvəsi sayılması konsepsiyasına ziddir;
2) Sələflərimiz kimi faciəvi sonluqla məhv olmamaq üçün bəzi şeyləri kökündən dəyişmək lazım olduğunun anlaşılma imkanıdır./ölkə.az
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26