Interposta.Info

“Yaxın zamanlarda bəzi ərzaq mallarının qiyməti sıçrayışla qalxa bilər” -

Ölkə
 12-04-2017, 11:19     473

Vahid Məhərrəmov: “Qiymət artımının səbəbi istehsalın az olması və inhisarçılıqla bağlıdır”

“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə keçən il kənd təsərrüfatında, yəni həm bitkiçilik, həm də heyvandarlıqda məhsul istehsalı artımı göstərilib. Bəs məhsul istehsalı artıbsa, onda niyə qiymət artır?”


interposta.info xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmov Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-mart ayları üçün açıqladığı kənd təsərrüfatı məhsullarının qiymətin Pia.az-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb. Həmçinin Komitədən verilən məlumata görə ay ərzində bitkiçilik məhsullarından arpa, buğda, alma və fındığın istehsalçı qiymətində azalma, şabalıd, qoz, nar, lobya dəni, balqabaq və baş sarımsağın qiymətində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Mart ayında heyvandarlıq məhsullarından süd, mal, qoyun və quş ətinin istehsalçı qiyməti artıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Daxildə istehsal olunan məshullarda bu qədər qiymət artımının səbəbi nədir və dolların qiymətinin aşağı düşdüyü indiki vaxtda qiymət artımının daha da yüksək olması gözləniləndir?
“Yaxın zamanlarda bəzi ərzaq mallarının qiyməti sıçrayışla qalxa bilər” -



Vahid Məhərrəmov: “Əgər ölkəmizdə idxal inhisarda olmasa, digər ölkələrdən ölkəmizə ucuz mal-məhsul gətirilər və qiymət aşağı düşər”.

Kənd təsərrüfatı üzrə ekspert qeyd edib ki, keçən il istehsalın artıq göstərilməsi, həmçinin idxalın da artımı, digər tərəfdən də ölkədə həm də alıcılıq qabliyyətinin aşağı düşməsi qiymətləri ciddi şəkildə endirməli idi. Amma qiymətlər enmədi ona görə ki, keçən il az məhsul istehsal olunub, az istehsal olunduğu üçün də az ehtiyat görülüb:

“Qiymət artımının səbəbi istehsalın az olması və inhisarçılıqla bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda idxal inhisardadır. Əgər ölkəmizdə idxal inhisarda olmasa, digər ölkələrdən ölkəmizə ucuz mal-məhsul gətirilər və qiymət aşağı düşər. Həmçinin istehsalın az olması ölkədə tələbata uyğun malın-məhsulun istehsal olmaması, mal çatışmamazlığı yaradır. Bu haldan da istifadə edirlər. Onu da vurğulayım ki, istifadə halı olmasa belə, mal qıtlığı olanda, yəni təklif az olanda qiymət təbii olaraq qalxır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə keçən il kənd təsərrüfatında, yəni həm bitkiçilik, həm də heyvandarlıqda məhsul istehsalı artımı göstərilib. Bəs məhsul istehsalı artıbsa, onda niyə qiymət artır? Bu suala cavab verilməlidir. Həmçinin onu da qeyd edim ki, Azərbaycanda idxal ciddi şəkildə artıb. Məsələn 2.5 dəfə ət, 2.2 dəfə süd, 4.5 dəfə diri kəsim üçün gətirilən heyvanın idxalı artıb. Yəni keçən il istehsalın artıq göstərilməsi, həmçinin idxalın da artımı, digər tərəfdən də ölkədə həm də alıcılıq qabliyyətinin aşağı düşməsi qiymətləri ciddi şəkildə endirməli idi. Amma qiymətlər enmədi ona görə ki, keçə il az məhsul istehsal olunub, az istehsal olunduğu üçün də az ehtiyat görülüb.

Vahid Məhərrəmov: “Azərbayacana gətirilən və gedən malların yolları demək olar ki, bağlanıb”.

Azərbaycan manatının bu günkü dollar məzənnəsi real deyil. Çünki bu sahə ilə məşğuı olan müəyyən qurumlar manipulyasiya ilə məşğul olurlar. Dolların kursu qiymətlərə təsir edir. Onu da qeyd edim ki, bu gün dolların məzənnəsinin aşağı düşməsi real olmadığı üçün sahibkarlar gələcəkdə məzənnənin bir az da aşağı düşməsinə inanmırlar. Sahibkarlar hesab edirlər ki, bu məzənnə müvəqqəti xarakter daşıyır və yaxın zamanlarda dollar yenə bahalaşacaq. Buna görə də malın-məhsulun qiymətlərin aşağı endirmirlər. Bildiyimiz kimi keçən ilin iyun ayından başlayaraq manatın məzənnəsi kəskin şəkildə artırılıb və nisbətən azaldılıb. Manatın məzənnəsi suni olaraq dəyişdiyi üçün insanlarda manata qarşı etibar yoxdur.

Əsas olaraq manatın məzənnəsinə etibar olmadığı üçün sahibkarlar əllərindəki malın qiymətin aşağı salmırlar. Digər bir tərəfdən də başqa problem var və bu problem daha ciddi problemdir. Bu gün Azərbaycanın Rusiya ilə ticari əlaqələrinə əngəl yaradılıb. Yəni nə bizim istehsal etdiyimiz məhsul Rusiyaya getmir, nə də Rusiyadan bizə lazım olan məhsullar gətirilmir. Həmçinin biz Belarus və Pribaltikadan və Ukraynadan bəzi məhsulları Rusiya yolu ilə gətirirdik və o məhsullar da ölkəmizə gəlmir. Bu da Dağıstanda yük maşınlarının sahibkarlarının keçirdiyi tətillə bağlıdır. Azərbayacana gətirilən və gedən malların yolları demək olar ki, bağlanıb. Bu da çox ciddi problemdir. Belə davam edərsə, ciddi mal qıtlığı yarana bilər. Bu da malı-məhsulun qiymətinə çox ciddi təsir edə bilər. Yəni yaxın zamanlarda bəzi ərzaq mallarının qiyməti sıçrayışla qalxa bilər və bu sıçrayış gözlənilir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26