Interposta.Info

Ramin Quluzadəyə qarşı çıxan

Ölkə
 4-04-2017, 14:29     951

Nazir Zaur Məmmədovla bağlı tədbir görəcək?

Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə son zamanlar qrumda apardığı şəffaf islahat, nazirliyi köhnə xəstəlikdən qurtulda bilib. Ramin Quluzadənin savadlı və peşəkar kadrı nəticəsində, bu gün Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çevik və güclü nazirlik kimi tanınır. Ancaq hörmətli Ramin Quluzadənin çevik fəaliyyətinə kölgə salanlar da az deyil.


Nazirin fəaliyyətinə qarşı çıxan Cəlilabad telekommunikasiya qovşağı rəisi Zaur Məmmədov, rayonda şahlıq yaradıbdır. Nazirin əmirə belə tabe olmayan,rayonda öz bildiyini edən Zaur Məmmədov, hətta başçıya belə meydan oxuya bilir.

Bu baxımdan xüsusi olaraq qeyd oluna bilər ki, “Aztelekom”-un Cəlilabad rayon Telekommunikasiya Qovşağında qanunsuzluq və özbaşınalıqlar davam edir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu qovşaqda tez-tez vətəndaşlardan müxtəlif yollarla pul qoparılır. Həmin pullarda Zaur Məmmədovun cibinə gedir. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə salınmış vətəndaşdan alırlar. Əks təqdirdə isə onun telefon xətti kəsilir. Belə hallar Qarazəncir, Günəşli, Alar, Petrofka, Şabanlı, Adnalı, Cəlayir, Cəngan, v.s kənd və qəsəbələri göstərmək olar. Bu kənlərin əksəriyyətində abonentlər əməkdaşımıza onuda şkayət edirlər ki, onların evlərinə gələn rabitə naqilləri yüksək gərkinlikli elektrik xətlərinin təhlükə yarada biləcək ərazisinə söykənir. Buda orada yaşayan yerli sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Buna sübut olaraq şikayətçilər Petrofka qəsəbəsi ərazisində olan M.Hadi küçəsinin sakinləri sözügedən təhlükə ilə bağlı bir neçə dəfə Zaura müraciət etsələrdə məsələ həllini tapmamışdır.

Bundan əlavə Cəlilabad Telekommunikasiya qovşağında çalışanların qeyri-peşəkarlığının və ələxüsus da Qovşağın rəisi Zaur Məmmədovun uğursuz fəaliyyəti rayonda ciddi narazılığa səbəb olub. Şikayətçilər bildrirlər ki, Zaur Məmmədov qeyri-peşəkar işçiləri rüşvət bahasına idarəyə toplayır. Məlumatlara görə idarə rəisi vəzifələri bazar qaydaları ilə həyata keçirir. 500 azn-dən başlayan qiymətlər 2 min manata qədər yüksələ bilir.

Aylar uzunu yaşanan internet problemlərin həlli məsələsi Qovşağın rəhbərinin telini də dəbərmir. Hətta problem o qədər dərinləşib ki, bəzi aylar ərzində Cəlilabad rayonunda internet istifadəçiləri gündəlik norma ilə, yəni 4-5 saat verilən internet əlaqəsi ilə kifayətlənməli olurlar. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri isə yalnız quru vədlər verməklə kifayətlənirlər.

Z. Məmmədovun başı o qədər korrupsiyaya qarışıb ki, özünü “Talış-Muğan Respublikasının prezidenti” elan etmiş Əlikram Hümbətovun ən yaxın silahdaşı olduğunu belə unudub. İndi hardan bilək ki, bir vaxtlar separatçı Əlikram Hümbətovun dəstəsində Azərbaycan dövlətçiliyinə qarşı əks təxribat aparan Z. Məmmədov bu gün mövcud hakimiyyətə qarşı dönük çıxmayacaq? Hardan bilək ki, bir vaxtlar Heydər Əliyevə qarşı silahlanan, hətta belə güllə atmağa hazır olan Zaur Məmmədov bu gün də İlham Əliyevin ölkədə apardığı sabitliyə qarşı çıxmayacaq? Bəli bunu heç kəs deyə bilməz ki, sabah nə olacaq, Z. Məmmədov da nələr edə bilər. (sonolay.org)Yalnız bir şeyi unutmamaq lazımdır ki, cinayətkar elə cinayətkar olaraq da qalır. Yalnız ona verilən cəzanı alır vəssalam. Zaur Məmmədovda bir vaxtlar Ə. Hümbətovun cinayətkar birqadasında komandir işləyib və o vaxt ki, hakimiyyət rəhbərinə qarşı silah tuşlayanın biri də məhz Z. Məmmədov olub. Bu gün Cəlilabadın icra başçısı Əziz Əzizov Z. Məmmədovu oturduğu qoltuğdan qaldırıb bayıra atsa, söz yox ki, Z. Məmmədov heç də sakit oturmayacaq. (radikalnews.info)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26