Bakıda şok əməliyyat -

Dövlət Təhlükəsizlik xidmətinin bu gün dini icmaya məxsus binada keçirdiyi əməliyyatın bəzi təfərrüatları məlum olub.
BakiPost.az xəbər verir ki, əməliyyatı zamanı şok faktlar üzə çıxıb. Qanunsuz fəaliyyət göstərən dini icmaya böyüklərlə yanaşı həm də azyaşlıların cəlb edildiyi, onlar üçün hətta həmin binada yataqxana şəraitinin yaradıldığı bəlli olub. Bundan əlavə onlara qanunsuz dini vəsaitlərlə dərslər keçirildiyi və hər bir uşağa maddi dəstək verildiyi müəyyənləşib. O da məlum olub ki, mədrəsəyə təkcə Azərbaycan vətəndaşları deyil, ölkəmizdə yaşayan əcnəbilər cəlb olunubmuş. Elə buna görə də saxlanılanlar arasında Türkiyə, Pakistan, Rusiya vətəndaşları da var.
Çox sayda qadağan edilmiş dini ədəbiyyat nümunələri müsadirə edildiyi əməliyyatda 300-dən çox adamın məsələ ilə bağlı dindirilidiyi bildirilir.
***
14:54
Dövlət Təhlükəsizlik Xidmətinin Nasimi rayon şöbəsi və Nəsimi rayon Polis İdarəsi Bakıda nurçularla bağlı birgə əməliyyat keçirib.
BakiPost.az xəbər verir ki, əməliyyat bu gün səhər saatlarından başlayıb. Əməliyyatın Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsində nurçulara aid qapalı dini icmada keçirildiyi bildirilir.
Qeyri-rəsmi məlumata görə, əməliyyat zamanı xeyli sayda şəxs saxlanılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26