Prezident və ailəsi çərşənbə tonqalı yandırdı -

Azərbaycan prezidenti və xanımı 7 mart tarixinə təsadüf edən Yel Çərşənbəsini qeyd ediblər.
Musavat.com xəbər verir ki, Leyla Əliyevanın sosial şəbəkədəki hesabından yayılan fotolarda Azərbaycan prezidentinin ailə üzvləri ilə bərabər bayram tonqalı yandırıb, səmimi pozlarda fotolar çəkdirdiyi görünür. Bilindiyi kimi, Azərbaycan xalqı min illərdir yazın gəlişinin müjdəsi sayılan 4 çərşənbəni qeyd edir və hər çərşənbə axşamında tonqal yandırır.
Azərbaycanın birinci ailəsi də milli adət-ənənəyə sadiq qalaraq, çərşənbəni ailə ortamında və ocaq başında qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26