Interposta.Info

Əfsanəvi Ömər Muxtarın sonuncu döyüşçüsü həlak oldu -

Ölkə
 1-03-2017, 11:46     1 070

Əfsanəvi Ömər Muxtarın sonuncu döyüşçüsü həlak oldu -

Liviyada İtaliya müstəmələkəçilərinə qarşı müqavimət hərəkatının sonuncu döyüşçüsü 110 yaşında vəfat etdi.

Moderator.az bu haqda xarici mediaya istinadla xəbər verir. Uzunömürlü Əbdürəzzaq əl-Barası ölkənin şərqindəki Bayda şəhərində vəfat edib. O, əs- Sanusi kral nəslinə mənsub idi.
İtaliya Liviyanı 1911-ci ildə işğal etmişdi. Liviya xalqı həmin vaxtdan 1951-ci ildə ölkənin avropalılardan tam azad edilməsindək müstəmləkəçilərə qarşı sarsılmaz mübarizə apardı.
Əfsanəvi Ömər Muxtarın sonuncu döyüşçüsü həlak oldu -

20 il ərzində xalqının azadlığı uğrunda savaşmış əfsanəvi Ömər Muxtar işğlçılarla mübarizənin rəmzinə çevrildi. Xalq qəhrəmanı 1931-ci ildə italiyalılar tərəfindən əsir götürülərək edam edilmişdir. Bu igid müsəlman lider bu gün yenidən Qərbin işğalı altında inləyən Liviya, eləcə də digər müsəlman ölkələri üçün bariz bir nümunə olaraq qalır.

interposta.info-ın təqdim etdiyi videoda Ömər Muxtarın dönməz mübarizəsindən bəhs edilir.


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26